YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi

Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar olaraq bu gün YAP Qaradağ rayon təşkilatında faciənin canlı şahidləri və gənclərlə görüş keçirildi. Faciə qurbanlarının xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükutla başlayan tədbirdə partiyanın rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək tarixi hadisəni insanlığa və cəmiyyətə qarşı törədilmiş fəhşilik kimi qiymətləndirdi. Qeyd etdi ki, XX əsrin ən böyük faciələrindən birinə çevrilən Xocalı soyqrımı erməni terrorçularının faşist siyasətinə bağlı olduqlarını qabarıq şəkildə göstərdi. İnsanlığa qəddar olduqlarını növbəti dəfə təsdiqlədilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib.

Bildirildi ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində ilk dəfə olaraq siyasi və hüquqi qiymətini alan faciənin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən də pislənilməsi düşmənlərimizə tutarlı cavab oldu. Respublika Prezidenti İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi xarici siyasət uzun illər boyu Ermənistan rəhbərliyinin  bəşəriyyətə qarşı faşist siyasəti həyata keçirdiklərini konkret faktlarla təsdiqləyir.

Xocalı faciəsinin canlı şahidləri hadisələrin dəhşətli anlarına toxunmaqla Respublika Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli rəhbərliyi nəticəsində düşmənə tutarlı cavab veriləcəyinə və işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əmin olduqlarını bildirdilər.

 

DİGƏR Partiya xəbərləri Arxiv