YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elməddin Mehdiyev: Məqsədimiz bəşəriyyət əleyhinə cinayətlər barədə gəncləri məlumatlandırmaqdır

Bugünkü konfransımızın məqsədi bəşəriyyət əleyhinə cinayətlər barədə gəncləri məlumatlandırmaqdır.

İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzinin (ARM) baş direktoru Elməddin Mehdiyev bu sözləri bu gün Budapeştdə “İnsan faciələrinin izləri: vətəndaş fəallığının gələcəyi” adlı beynəlxalq konfransda çıxışında söyləyib.

Gənclərin etnik münaqişələrin, irqi və dini nifrətin, ksenofobiyanın və dözümsüzlüyün digər formalarının qarşısının alınmasında və onlara qarşı mübarizədə fəal rol oynamalı olduğunu bildirən natiq deyib. “Bizim təşkilatımız İslam Əməkdaşlığı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın 2008-ci ildə irəli sürdüyü “Xocalıya ədalət!” təşəbbüsünü elə ilk günlərdən fəal dəstəkləyib, 2010 və 2018-ci illərdə səmərəli işlər görüb və bir sıra tədbirlər keçirib. 2019-cu ildən bu təşəbbüs İƏGF ARM-in fəaliyyətinin prioritetinə çevrilib. O vurğulayıb ki, bugünkü konfrans həmin təşəbbüs çərçivəsində keçirilir.

E.Mehdiyev bildirib ki, İƏGF ARM bu günlərdə Budapeşt konfransı ilə bərabər, başqa ölkələrdə, o cümlədən İndoneziya və Pakistanda da tədbirlər keçirir.