YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Quliyev: Dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi bu gün aktual məsələlərdən biridir

“Dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi bu gün aktual məsələlərdən biridir”. Bu fikri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev deyib.

N.Quliyev bildirib ki, nazirlik atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı işləri dəstəkləyir.

“Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 8 faizdən bir qədər çoxdur. Bu göstəriciləri daha da artıra, ekoloji və enerji təhlükəsizliyinə töhfə verə bilərik. Nazirlik bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıdır və bu mənbələrin ətraf mühitə mənfi təsiri yoxdur”-deyə, nazir müavini vurğulayıb.