YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Bələdiyyə seçkiləri kampaniyasında partiyamızın qadın üzvləri kifayət qədər fəallıq göstərirlər

«Bələdiyyə seçkiləri kampaniyasında partiyamızın qadın üzvləri kifayət qədər fəallıq göstərirlər». Bu fikri YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır. Onun sözlərinə görə, bələdiyyə seçkiləri kampaniyası bu faktı bir daha təsdiqləyir. 
«Cəmiyyətdə qadınların fəallığının artırılması nəticəsində onların seçkili orqanlarda da təmsilçiliyi yüksəlib. Bu mənada, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də savadlı və layiqli qadın namizədlərin sayı kifayət qədərdir. Bu fakt həmçinin, patiyamızın  qadınlara göstərdiyi etimaddır»- deyə, S.Hüseynova qeyd edib.