YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kiyevdə Azərbaycan xalqının ümummilli liderinin işıqlı xatirəsi yad olunub

Dekabrın 12-də Kiyevin tarixi mərkəzində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adını daşıyan parkda ona ucaldılmış abidənin yanında ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunub.
Heydər Əliyevin abidəsi önünə tər çiçək və al qırmızı qızılgül səbətləri qoyulduqdan sonra tədbiri giriş sözü ilə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli açıb.
Diplomat öz çıxışında Azərbaycan dövlətçiliyinin təşəkkülündə və möhkəmlənməsində dahi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında çox böyük rolu olduğunu xüsusi vurğulayıb. Səfir qeyd edib ki, daxili və xarici siyasət sahəsində Azərbaycanın sıçrayışı, həyatın bütün sahələrində ölkəmizin tərəqqisi ulu öndər Heydər Əliyevin yeritdiyi strateji siyasətin uğurla davam etdirilməsinin və genişləndirilməsinin nəticəsidir. Hazırda Prezident İlham Əliyev Azərbaycanı dünyanın lider ölkələri sırasına çıxarmaq üçün bu siyasəti müvəffəqiyyətlə davam etdirir.
Diplomat çıxışının sonunda deyib: “Biz qəti əminik ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında dədə-baba torpaqlarımızı erməni işğalçılarından azad edəcək”.
Ulu öndər Heydər Əliyevə ucaldılmış ən yaxşı abidə müasir, müstəqil və çiçəklənən Azərbaycandır – deyən səfirin bu fikrini öz çıxışlarında Ukraynadakı diasporumuzun ağsaqqalı Firidun Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyev ofisinin rəhbəri Elçin Məmmədov, “Akkord” korporasiyasının Ukraynadakı şirkətlər qrupunun rəhbəri Sahib Məmmədov, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin rəhbəri Rövşən Tağıyev, Hacı Əbülfəs (Qasımov), Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) sədri İlhamə Allahverdiyeva və Ukraynadakı Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa Məmmədov davam etdiriblər.
Qeyd edək ki, bütün natiqlərin çıxışlarında iki dövrün görkəmli dövlət və siyasi xadimi, Ulu Öndər, Ukrayna xalqının böyük dostu Heydər Əliyevin tarixi xidmətlərinə səmimi minnətdarlıq sözləri səsləndirilib.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, GUAM Katibliyinin iqtisadi layihələrinin əlaqələndiricisi Səbuhi Təmirov, “Azərbaycan Hava Yolları” şirkətinin Ukraynadakı təmsilçisi Yaşar Əmirov, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq ictimai təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivin, ARDNŞ-in Kiyev ofisinin işçiləri, Ukraynanın Əməkdar Təhsil İşçisi, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev, UAGİ-nin, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının, digər diaspor qurumlarımızın fəalları, müsəlman din xadimlərinin, Ukrayna ictimaiyyətinin, Azərbaycan KİV-lərinin və yerli KİV-lərin nümayəndələri də iştirak ediblər.