YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək

Futbol üzrə 2020-ci il Avropa çempionatının matçları Bakıya 2019-cu il Avropa Liqasının final matçından üç dəfə daha çox turist cəlb edəcək.

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov "Avro 2020: KOB üçün perspektivlər" adlı tədbir zamanı deyib.

O bildirib ki, həmin turnir AFFA üçün böyük məsuliyyətdir, kiçik və orta biznes üçün qazanmaq və digər ölkələrin sahibkarları ilə əlaqələr yaratmaq üçün imkandır:

"Bakıda ötən il keçirilmiş Avropa Liqasının finalı 38 min xarici vətəndaşı cəlb etmişdi. Builki turnirin irimiqyaslılığı ilə əlaqədar bu göstərici 3 dəfə artacaq və bir ay ərzində sakinlər qonaqlar futbol bayramının şahidi olacaqlar. Sahibkarlar bu şansdan maksimum yararlanmalıdır".