YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında qazılan yeni quyudan sutkada 10 ton neft hasil olunacaq

“Neft Daşları” yatağındakı 2521 nömrəli platformadan 2256 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirilib ki, “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən Qala-3 lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1480 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulub.