YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: Ölkədəki iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib

Ölkədəki iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib və Azərbaycan bu sahədə kifayət qədər uğur qazanıb.

Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov USAID və KOBİA-nın birgə biznes-sammitində deyib. O bildirib ki, kiçik və orta biznes hər zaman ölkə iqtisadiyyatının inkişafında vacib rol oynayıb:

“Azərbaycan biznesin inkişafı barədə son hesabatda 25-ci yeri tutub və daha çox islahatçı ölkələr sırasında yer alıb”.

O.Məmmədov əlavə edib ki, ümumi daxili məhsulda, məşğulluqda və ixracda kiçik və orta biznesin payının artması strateji hədəfdir:

“2025-ci ilədək kiçik və orta biznesin ÜDM-də payını 60 faizə, məşğulluqda 70 faizə, ixracda 40 faizədək çatdırmaq planlaşdırılır”.