YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elxan Şahinoğlu: Azərbaycan heç vaxt işğalla barışmayacaq

“Azərbaycan Prezidenti  İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol  Paşinyanla debatı çox vacib idi. Çünki münaqişənin mövcud olduğu uzun illər ərzində ilk dəfə olaraq iki dövlətin lideri beynəlxalq aləmin, dünya mediasının gözü qarşısında diskussiya apardılar”. Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

E.Çahinoğlu bildirib ki, diskussiyada Azərbaycan Prezidentinin Ermənistanın baş nazirindən dəfələrlə üstün olduğu açıq aşkar göründü. Göründü ki, işğalçı kimdir, işğalçının məqsədi nədir, siyasəti nədir və s. Prezident İlham Əliyev bir çox məqamları açdı ki, Dağlıq Qarabağ tarixən Azərbaycana bağlı olub, bu torpağın bizdən qoparılmasına heç vaxt imkan verilməyəcək.

“Bir vacib məqamı da qeyd etmək istəyirəm. Ermənilər çox deyirdilər ki, guya 1920-ci illərdə sovetlər hakimiyyəti Dağlıq Qarabağı Azərbayacana veriblər və buna görə onlar günahkardır? Prezident İlham Əliyev də Paşinyanın səhvini tutaraq dedi ki, əgər bolşeviklər günahkardırsa, nə üçün onların təmsilçisi olan Stepan Şaumyanın adını  daşıyan Stepanakertin adını saxlayırsınız. Yəni burada bir daha ermənilərin ikiüzlülüyü ortaya çıxdı.

Bu debat həm də onu göstərdi ki, danışıqlarda nəticə yoxdur və Ermənistan bundan sonra da çalışacaq ki, münaqişə həll olunmasın. Amma Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan bütün hallarda öz torpaqlarını işğaldan azad edəcək”-deyə, ekspert qeyd edib.