YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman xalqı üçün əziz olaraq qalacaq

Azərbaycanın İsveçdəki səfirliyinin Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar keçirdiyi anma mərasimində səfir Adış Məmmədov Ümummilli Liderin mənalı həyat yolu və zəngin siyasi fəaliyyəti barədə məlumat verib.
Səfir qeyd edib ki, ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman xalqı üçün əziz olaraq qalacaq. Bu böyük insan öz titanik fəaliyyəti ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşib. Heydər Əliyev tarixdə əvəzolunmaz lider, qüdrətli dövlət başçısı, Azərbaycanın xilaskarı kimi qalıb və qalacaq. Müasir müstəqil Azərbaycan dövlətinin banisi olan Heydər Əliyevin ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafında misilsiz xidmətləri olub. Heydər Əliyev 30 ildən artıq bir müddətdə istər sovet dövründə, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. O deyib: “Bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib”. A.Məmmədov Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.
İsveçdə yaşayan Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin uzaqgörən siyasətindən söz acaraq, bu siyasətin nəticələrinin nəinki Azərbaycana, habelə Avropa, yaxın və orta Asiya regionlarına təsir etdiyini bildiriblər.