YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Ermənistanın baş nazirini gülünc vəziyyətə saldı

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bütün beynəlxalq platformalarda dünyaya çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə də tarixi bilikləri, mövzu ilə bağlı ortaya qoyduğu faktlar və qətiyyətli mövqeyi ilə bir daha böyük lider olduğunu hər kəsə nümayiş etdirdi.

Bu sözləri  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri şərh edən Türkiyənin “Can Azərbaycan” media şirkətinin rəhbəri Namık Kamal Yıldırım deyib.

“İlham Əliyevin Qarabağın tarixi Azərbaycan torpağı olması ilə bağlı BMT-nin qətnamələrini xatırladaraq tarixi əsaslarla çıxışı bir türk olaraq hər birimizi qürurlandırdı. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və duruşu qarşısında Ermənistanın baş naziri çox gülünc vəziyyətə düşdü. Ermənilər liderlərinin simasında bir daha acizliklərini sübut etdilər. Nikol Paşinyan Azərbaycanın keçmiş dövlət başçısı Ayaz Mütəllibovun guya qəzetə verdiyi müsahibəni əsas gətirərək Xocalı soyqırımının ölkədəki qüvvələr tərəfindən törədildiyini bildirdi. Lakin bu cəfəngiyatdan başqa bir şey deyil və Azərbaycan Prezidenti buna çox tutarlı cavab verərək Paşinyanı susdurdu”, - deyə N.K.Yıldırm söyləyib.

Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayan N.K.Yıldırım deyib: “Bu tarix boyu belə olub və belə də qalacaq. Bu bölgənin Azərbaycan sərhədlərinə daxil edilməsi ilə bağlı Ermənistan liderinin çıxışı isə Prezident İlham Əliyev tərəfindən tarixə dayanan cavabla susduruldu”.