YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr edib

Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar daha bir anma tədbiri Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən təşkil edilib.
Tədbirdə bir sıra ölkələrin səfirləri, İordaniya parlamentinin nümayəndələri, Azərbaycan–İordaniya Dostluq Cəmiyyətinin üzvləri, səfirliyin və Əmman meriyasının əməkdaşları, yerli KİV-lərin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Səfir Sabir Ağabəyov tədbirdə görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Ulu Öndərin müstəqil Azərbaycanın bir dövlət kimi yaşamasında müstəsna xidmətlərini qeyd edən diplomat onun rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini söyləyib. Bildirilib ki, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində son 20 ildə Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib, iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub.
Tədbir iştirakçıları Ümummilli Liderin mənalı ömrünü əks etdirən fotosərgi ilə və kitablarla tanış olublar.
Daha sonra iştirakçılar Əmman şəhərindəki Heydər Əliyev Meydanına gələrək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.
İordaniyanın tanınmış rəssamı Xalid Sabatiyn anım mərasimi ilə əlaqədar ulu öndər Heydər Əliyevin biri 3D formatında olmaqla iki rəsmini səfirliyə hədiyyə edib.