YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan XİN: Budapeşt Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasının gedişi zamanı bu bəyanatla çıxış edib.

“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, - deyə Siyyarto əlavə edib.

Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib.