YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti serbiyalı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Dövlət başçısı Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Prezident Aleksandar Vuçiçə möhkəm cansağlığı, işlərində uğurlar, Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.