YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olan bütün məscidlərdə Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyindəki bütün məscidlərdə ümummilli lider Heydər Əliyevin xatirəsi yad olunub, ruhuna Allahdan rəhmət dilənib, dualar edilib.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, cümə namazı zamanı moizələrdə Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi misilsiz fəaliyyəti, habelə onun milli mənəvi və dini dəyərlərə ehtiram və qayğısı xüsusi vurğulanıb. Dindarlar ölkəmizdə milli mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına hazırkı yüksək ehtiram və qayğının davamlı olması üçün dualar ediblər.
Ulu Öndərin əziz xatirəsinə bütün məscidlərdə ehsan süfrələri açılıb. QMİ-nin Gürcüstan, Türkiyə, Rusiya və İrandakı nümayəndəliklərində də Ulu Öndəri anma mərasimləri keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv