YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Agentlik sədri: Bu il Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq

“Bu il Azərbaycanda idxal-karantin məntəqələri qurulacaq”. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, bu il iki idxal-karantin məntəqəsinin yaradılması nəzərdə tutulur: "Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq heyvan, bitki mənşəli və qida məhsullarının idxalı üçün nəzərdə tutulmuş idxal-karantin məntəqələrinin layihələnməsi həyata keçiriləcək".

Onun sözlərinə görə, növbəti illərdə də Azərbaycanın digər sərhəd-keçid məntəqələrindən kənar yerlərdə belə məntəqələrin qurulması planlaşdırılır: "İdxal-karantin məntəqələrində heyvanların identifikasiyası və qeydiyyatı da həyata keçiriləcək".