YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Ulu öndər Heydər Əliyevin Azərbaycanın səhiyyə sahəsinin inkişafı üçün gördüyü işlər əvəzsizdir

«Tarixdən də bəllidir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, Onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri var». Bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, Ulu öndərin Azərbaycanın inkişafı naminə gördüyü möhtəşəm işləri artıq bütün dünya etiraf edir. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycanın səhiyyə sahəsinin inkişafı üçün gördüyü işlər də əvəzsizdir.

«Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir, bunun nəticəsində böyük uğurlar əldə edilir. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırıb. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır»- deyə, Ə.Əmiraslanov vurğulayıb.