YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb

Vergi xidməti işçiləri medallarla təltif olunub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar Dövlət Vergi Xidmətinin üç əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, iki nəfər 2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 25 nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 7 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 4 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.