YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Umud Rəhimoğlu: Azərbaycanda keçirilən seçki növbəti uğurun nümayişi idi

“Beynəlxalq və yerli müşahidəçilərin qənaətinə görə, Azərbaycanda keçirilən parlament seçkilərində bütün namizədlər üçün bərabər şərait yaradılmışdı. Seçki kampaniyasında çoxlu sayda namizədlər mübarizə aparıb”. Bu fikirləri Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib.

U.Rəhimoğlu bildirib ki, seçki kampaniyasında müasir  informasiya texnologiyalarından geniş istifadə olunub. Bu da təqdirəlayiq haldır.

“Təbii ki, dünyanın heç bir ölkəsində ideal seçki keçirilmir. Hər bir seçkidə müəyyən nöqsanlar ola bilər. Amma əsas məsələ odur ki, ölkəmizdə seçki kampaniyası uğurla başa çatdı. Hesab edirəm ki, Azərbaycanda keçirilən seçki növbəti uğurun nümayişi idi. Ölkəmizdə səfərdə olan xarici jurnalistlərlə daha çox ünsiyyətdə oldum. Onların böyük əksəriyyəti seçkilərlə bağlı çox pozitiv fikirlərlə, pozitiv qeydlərlə getdilər və düşünürəm ki, bu da əslində ölkəmizlə bağlı müsbət təəssüratların formalaşmasında önəmli rol oynayır”- deyə, U.Rəhimoğlu söyləyib.