YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asəf Hacıyev: Parlament seçkiləri Azərbaycanın demokratik inkişafını daha da sürətləndirəcək

“Hər bir seçki demokratiyanın ölçüsüdür. Azərbaycandakı parlament seçkilər nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirilib”. Bu fikirləri Qarada Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

A.Hacıyev bildirib ki, Azərbaycanda demokratik proseslər sürətlə inkişaf edir. Onun sözlərinə görə, seçkilərdə növbəti dəfə Yeni Azərbaycan Partiyası qələbə qazanıb və ilkin nəticələrə görə partiyanın 70-ə yaxın namizədi qalib gəlib.

“Qələbə münasibətilə və seçkilərin yüksək səviyyədə keçirilməsinə görə, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. YAP-ın növbəti dəfə qələbə qazanması onu göstərir ki, partiyanın Azərbaycan cəmiyyətində nüfuzu yüksəkdir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının firəvan həyatını təmin edir. Eyni zamanda, hesab edirəm ki, 9 fevral parlament seçkiləri Azərbaycanın demokratik inkişafını daha da sürətləndirəcək”-deyə, Baş katib vurğulayıb.