YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin üzvləri: Bəzi ölkələr Azərbaycandan nümunə götürməlidirlər

Fevralın 10-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) müşahidə missiyası Bakıda mətbuat konfransı keçirib.

Müşahidə missiyasının üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan xalqını seçkilərin baş tutmasına görə təbrik edib. O, yeni çağırış parlamentin Azərbaycan üçün uğurlu olacağına inandığını deyib. Əlavə edib ki, Qafqazın ulduzu hesab olunan Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq.

TBMM-in üzvü Orxan Erdem məntəqələrdə seçicilərin heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini etdiklərini deyib.

Parlamentin digər üzvü Yunus Kılıç bildirib ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir. Seçki məntəqələrində veb-kameraların olması, müşahidəçilərin prosesi istənilən yerdən izləyə bilməsi çox gözəl haldır. Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir.

Türkiyə parlamentinin daha bir üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu vurğulayıb: “Burada proseslərin normal keçməsi bizi sevindirir. Biz seçkilərdə ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan nümunə götürməlidir”.

Deputat Uğur Bayraktutan da məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini müsbət hal kimi dəyərləndirib.