YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqrolu müşahidəçi: Seçkilərdə Azərbaycan xalqı qalibdir

Azərbaycanda seçkilər yüksək səviyyədə həyata keçirilib. Demokratik seçki proseduraları baxımından dünən çox gözəl gün idi. Mənə məlum deyil, dünənki seçkilərdə kim qalib gəlib. Ancaq onu deyə bilərəm ki, Azərbaycan xalqı qalibdir.

Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akkreditə olunmuş Monteneqro parlamentinin deputatı Predraq Sekuliç söyləyib.

O, seçkiləri 16 məntəqədə müşahidə etdiyini və burada yaradılan şəraitdən məmnunluğunu bildirib. “Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada Prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Azərbaycanda insanlar fəaldır. Ümumilikdə hər şey yaxşı təşkil olunub”, - deyə P.Sekuliç qeyd edib.