YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanlı müşahidəçi: Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi

Dünən biz 11 seçki məntəqəsində səsvermənin gedişini izlədik. Hər məntəqədə seçkilərin şəffaf şəraitdə keçirildiyi seçicilər, müxtəlif partiyaların nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu.

Bu sözləri Gürcüstan parlamentinin müşahidə missiyasının üzvü, Gürcüstan parlamentinin deputatı Savalan Mirzoyev parlament seçkilərində apardıqları müşahidələrlə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaşlardan biridir. Azərbaycanda gedən proseslər bizim üçün böyük əhəmiyyət daşıyır.

“Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”, - deyə o əlavə edib.