YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“EU Politics” nəşri Azərbaycanda keçirilən parlament seçkiləri barədə AZƏRTAC-ın xüsusi müxbirinin məlumatını yerləşdirib

“EU Politics” xəbər nəşri bazar günü Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri barədə AZƏRTAC-ın xüsusi müxbirinin materialını dərc edib (bax.: https://eu-politics.jimdofree.com/promoted-content/elections-in-azerbaijan-2020-02-09).

Məlumatda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” 5 dekabr 2019-cu il tarixli Sərəncamından danışılır.

Müəllif qeyd edir ki, bu qərardan məqsəd Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan əsaslı sosial-siyasi islahatlara əlavə stimulun verilməsidir.

Məqalədə avropalı oxuculara ötən seçkilər üzrə bəzi statistika təqdim edilir: 5573 seçki məntəqəsi, parlamentdə 125 yer, 41 dövlətdən 358 müşahidəçi.

Materialda qeyd olunur ki, müşahidəçilərin əksəriyyəti keçirilən seçkilərin demokratik, azad və şəffaf olduğunu təsdiq ediblər.

DİGƏR Xəbərlər Arxiv