YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı müşahidəçilər: Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi

Azərbaycanda keçirilən parlament seçkilərini Böyük Britaniyanın müşahidə missiyası da izləyib.

Missiyanın üzvləri apardıqları müşahidələrin nəticələri ilə bağlı fevralın 10-da mətbuat konfransı keçiriblər.

“Biz artıq beşinci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirik. Prezident seçkilərində də müşahidəçi qismində iştirak etmişdik. Bizdə yüksək təəssüratı daha çox seçkidən əvvəl müşahidəçilərin hüquq və vəzifələrinin əks olunduğu sənədlər yaratdı”, - deyə nümayəndə heyətinin ortaq açıqlamasında bildirilir.

Britaniyalı müşahidəçilərin açıqlamasında, həmçinin deyilir: “Siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat var idi. Düşünürük ki, Britaniya da daxil olmaqla bir çox ölkələrdə bu təcrübə tətbiq olunmalıdır. Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Prosesin pozulmasına imkan verilmirdi. Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. 800-dən çox xarici müşahidəçinin dəvət olunması isə hökumətin prosesə nə dərəcədə fəal hazırlığının göstəricisidir”.