YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Georqi Şarabidze : Azərbaycan MSK seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi tədbirləri görmüşdü

Bunu seçkilərin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Georqi Şarabidze deyib.

Bu gün bir sıra seçki məntəqələrində müşahidə apardığını diqqətə çatdıran G.Şarabidze bildirib : “Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımi tədbirləri görmüşdü. Səsvermə prosesində bütün qaydalara əməl olunurdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm”.

Seçki məntəqələrində seçicilərin səs verməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayan Gürcüstanın MSK sədrinin müavini deyib: “Baxmayaraq ki, seçkilərə hazırlıq müddəti qısa idi, Azərbaycan MSK bütün tədbirləri seçki qanunvericiliyinə uyğun həyata keçirmişdi. Həmçinin beynəlxalq müşahidəçilər üçün lazımi şərait yaradılmışdı. Seçkiləri müşahidə zamanı hər hansı maneə ilə rastlaşmadıq”.

DİGƏR Xəbərlər Arxiv