YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstanlı jurnalist: Müşahidə apardığım məntəqələrə seçici axını var idi

Fevralın 9-da ölkəmizdə keçirilən parlament seçkilərində fərdi müşahidəçi qismində iştirak edən macarıstanlı jurnalist Peter Dunayi təəssüratlarını azərbaycanlı mətbuat nümayəndələri ilə bölüşüb.

Peter Dunayi seçkilərlə bağlı araşdırma-məqalə hazırlamaq üçün Azərbaycana gəldiyini bildirib.

O deyib: “Təəssüratlarım yaxşıdır. Dörd məntəqədə oldum. Seçici axını var idi. Onlar seçkiyə gəlməyi özlərinə borc bildiklərini deyirdilər. Xüsusilə gənclər prosesə pozitiv yanaşırdılar”.

Pakistanlı jurnalist qeyd edib ki, regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda iqtisadi artım əhəmiyyətli dərəcədə üstündür. Azərbaycan açıq ölkədir. Burada gənc nəsil üçün üstünlüklər çoxdur. Avropa seçki sistemi ilə Azərbaycandakı seçki sistemi arasında heç bir fərq yoxdur.

Jurnalist məqaləsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından da yazacağını diqqətə çatdırıb.