YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiyalı müşahidəçilər: Seçki məntəqələrində çoxlu sayda seçici və müşahidəçi var idi

Azərbaycanda parlament seçkilərinin yaxşı təşkilini və çoxlu sayda müşahidəçi olmasını qeyd etmək istəyirəm. Bu gün biz bir neçə seçki məntəqəsində olduq, ələlxüsus məktəblərin birində yerləşən məntəqədə yaxşı təşkilatçılıq və çoxlu sayda müşahidəçi gördük. Mən hətta Rusiyadakı seçki məntəqələrində bu cür hallara nadir rast gəlmişəm. Burada müxtəlif partiyalardan müşahidəçilər var idi, hətta vətəndaşlar özləri gəlib qeydiyyatdan keçirdilər.

Bunu mətbuat konfransında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyov bəyan edib.

Dövlət Dumasının deputatı Maksim İvanov isə vurğulayıb ki, Azərbaycanda seçkilər demokratik və şəffaf keçir. O deyib: “Bu gün biz bir neçə məntəqədə olduq və gördüklərimizə əsasən deyə bilərəm ki, yetərincə şəffaf seçki prosesi təşkil edilib, insanlar seçki məntəqələrinə gəlirlər, seçici fəallığı yüksəkdir. Düşünürəm ki, hər hansı saxtalaşdırmanın olacağına dair şübhələrə heç bir səbəb yoxdur”.

Dövlət Dumasının daha bir deputatı Boris Çernışov öz həmkarlarının fikirləri ilə həmrəy olduğunu qeyd edib. O əlavə edib: “Möhtəşəm seçkidir, görünür ki, sərbəst səsvermə üçün hər cür şərait yaradılıb. Biz çoxlu sayda yerli müşahidəçi gördük, həmçinin xarici ölkələrdən gəlmiş müşahidəçilər üçün heç bir maneənin olmadığı imkanlar yaradılıb”.