YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə XİN: Azərbaycanda seçkilərin sabitlik şəraitində başa çatmasından məmnunuq

Fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərə səsvermənin nəticələrinin qardaş Azərbaycana xeyirli olmasını arzu edirik.

Bu fikir Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alır.

Türkiyə XİN seçkilərin bütün ölkə üzrə sabitlik şəraitində başa çatmasından məmnunluq bildirib.

Nazirlik aidiyyəti qurumların seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəldən göstərdikləri səyləri və Azərbaycan xalqının seçkidəki fəallığını təqdirəlayiq hal kimi dəyərləndirib.