YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanlı müşahidəçilər: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil edilib

Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil edilib. Müşahidələrimiz göstərdi ki, seçkilər azad, demokratik və şəffaf keçib.

Bu fikirləri Pakistanın İslamabad Qlobal və Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Teymur Əkrəm Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: “Hər hansı qanun pozuntusuna rast gəlmədik. Bu seçkilər Azərbaycanın uğurlu gələcəyi üçün atılan addımdır. Yeni formalaşmış parlamentin Azərbaycanın inkişafı üçün daha yaxşı işlər görəcəyinə əminik”.

Pakistan parlamentinin sabiq vitse-spikeri Murtuza Cavid Abbasi isə deyib ki, onlar seçki ərəfəsində vəziyyəti müşahidə ediblər, Gəncədə və Naxçıvanda olublar. Bu gün səhər isə Bakıdakı bir sıra məntəqələrə baş çəkiblər.

Mərkəzi Asiya və Azərbaycan üzrə ekspert Mahmud Əsilxan da müşahidə zamanı hər hansı pozuntuya rast gəlmədiklərini bildirib. “Yeni formalaşacaq parlamentin Azərbaycanda siyasi sistemin müasirləşməsində və demokratikləşməsində vacib rol oynayacağına əminik”, - deyə o əlavə edib.

DİGƏR Xəbərlər Arxiv