YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus parlamentinin müşahidə missiyası: Seçkilərə yüksək səviyyədə hazırlığın şahidi olduq

Belarus parlamentinin müşahidə missiyası fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib.

Missiyanın rəhbəri Sergey Raçkov müşahidə apardıqları seçki məntəqələrində fəallığın olduğunu bildirib. O deyib ki, təşkilatlanma yaxşı səviyyədə idi. Hazırlıq səviyyəsi də yaxşı idi. Namizədlərin hər biri üçün yaxşı şərait yaradılmışdı. Bu da şəffaflığın və ədalətli seçkinin olduğunu göstərirdi.

Sergey Raçkov vurğulayıb ki, seçicilər azad şəkildə öz seçimlərini edirdilər. Onlar məntəqələrdə heç bir təsirə məruz qalmırdılar. Əksər məntəqələrdə “exit-poll” təşkil olunmuşdu.

Belarus parlamentinin üzvü Aleksandr Markeyviç isə deyib ki, Bakının müxtəlif rayonlarındakı seçki məntəqələrində müşahidələr aparıblar. “Müşahidələr zamanı yüksək səviyyədə hazırlığın şahidi olduq. Qanun pozuntuları yox idi. İnanırıq ki, yeni parlamentlə də əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə o əlavə edib.