YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvlərini qəbul edib (VİDEO)

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov fevralın 8-də partiyanın İcra katibliyində MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb.

Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov 9 fevral parlament seçkilərinə hazırlıq prosesindən bəhs edərək qeyd edib ki, ötən illər ərzində Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar qazanıb, əhalinin həyat səviyyəsi və gəlirləri artıb, paytaxt və regionlarının siması xeyli dəyişib. Onun sözlərinə görə, yaxın zamanlarda keçirilən ictimai rəy sorğuları da ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətə və hərtərəfli islahatlar kursuna böyük ictimai dəstəyin olduğunu göstərir. Bütün bu amillər Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və cəmiyyətdə böyük nüfuzu olan Yeni Azərbaycan Partiyası üçün müsbət seçkiqabağı əhval-ruhiyyə formalaşdırır.

Öz növbəsində, müşahidə missiyasının rəhbəri, Özbəkistan Respublikası Ali Məclisinin Senatının sədri Sodik Safoev Azərbaycanda olduqları müddətdə ölkənin inkişafı istiqamətində həyata keçirilmiş işlərin geniş miqyasının şahidi olduqlarını bildirdi. Onun sözlərinə görə cəmiyyətin seçkilərə böyük marağı və seçkilərdə iştirak edən namizədlərin çoxluğu təbii demokratik proses olmaqla bərabər, bu seçkilərin Azərbaycan üçün əhəmiyyətini göstərir. Heyətin rəhbəri 9 fevral seçkilərinin Azərbaycan xalqı üçün uğurlu olacağına inamını ifadə edib.

Daha sonra YAP İcra katibi Əli Əhmədov nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.