YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması üçün bütün imkanlar mövcuddur

«Azərbaycanda gənclərin məşğulluğunun təmin olunması üçün bütün imkanlar mövcuddur.  Gənclər üçün karyera mərkəzlərinin yaradılması gənclərin iqtisadi biliklərinin, peşə biliklərinin əldə edilməsinə hesablanıb». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, kütləvi şəkildə ilboyu aztəminatlı ailələrdən olan gənclər üçün kompyuter kursları təşkil edilir, müxtəlif peşələr üzrə təlimlər həyata keçirilir. Onun sözlərinə görə, son illər ölkədə xeyli sayda iş yerləri açılıb və gənclər ə işlə təmin olunurlar.

«İş təminatı ilə bağlı seçim gənclərin öz ixtiyarındadır.   Eyni zamanda gənclərimiz arasında maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac var ki, onlar təhsil almağa getdikdə həm də, əmək bazarını monitorinq etməlidirlər. Bilməlidirlər ki, bu gün Azərbaycan cəmiyyətində iqtisadi inkişafında hansı ixtisaslar daha önəmlidir»- deyə, nazir müavini vurğulayıb.