YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri başlayıb.
Səfərin məqsədi Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
Nümayəndə heyəti Qarsdakı Heydər Əliyev Parkını ziyarət edib,
Ulu Öndərin abidəsi önünə əklil qoyaraq xatirəsini yad edib.
Sonra Azərbaycanın Qarsdakı baş konsulluğuna gələn nümayəndə heyətinin üzvləri buradakı iş şəraiti ilə tanış olublar.