YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qardaş ölkədə anılacaq

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Ankaradakı səfirliyi, İstanbuldakı və Qarsdakı Baş konsulluqları tərəfindən anma mərasimləri təşkil olunacaq.
Mərasimlərdə Türkiyənin dövlət rəsmiləri və ictimaiyyətin nümayəndələri, beynəlxalq təşkilatların, diplomatik korpusun təmsilçiləri, qardaş ölkədə yaşayan və təhsil alan Azərbaycan vətəndaşları iştirak edəcəklər.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə çıxışlar olacaq, iştirakçılara Ulu Öndərimizin tarixi xidmətlərini əks etdirən vəsaitlər paylanacaq.