YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Ölkəmiz bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır

«Son illər Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçib». bu fikri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, ölkəmiz  bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Onun sözlərinə görə, bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevdir.

«Bu gün Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də məhz dövlətimizin daha da inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. Ona görə də partiyamızın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir. Biz inanırıq ki, qarşıdan gələn bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəsini verəcəklər»- deyə, deputat qeyd edib.