YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “La voce del Trentino” portalı Azərbaycanın Avropa üçün strateji əhəmiyyətindən yazır

İtaliyanın “La voce del Trentino” xəbər portalı Azərbaycanın Avropa ölkələri üçün strateji əhəmiyyəti ilə bağlı növbəti məqalə yayıb.
Məqalədə bildirilir ki, son illərdə dinamik inkişaf edən Azərbaycanın strateji baxımdan əhəmiyyəti artmaqdadır. Avropanın enerji təhlükəsizliyinin təminatı və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində önəmli və real layihə olan TAP məhz Azərbaycan qazı hesabına reallaşacaq. Yazıda layihə ilə bağlı İtaliyanın xarici işlər naziri Paolo Centiloninin fikirlərinə də yer verilib. O, Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsinin qitə üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha diqqətə çatdırıb.
Yazıda bildirilir ki, Avropa ölkələri, o cümlədən İtaliya üçün Azərbaycan təkcə enerji ehtiyatlarına görə deyil, eləcə də qədim tarixə və zəngin mədəniyyətə malik olması baxımından önəmlidir. Şərq və Qərb arasında kəsişmə nöqtəsində yerləşən bu ölkənin beynəlxalq miqyasda nüfuzu getdikcə artmaqdadır. Sürətli iqtisadi inkişafa malik Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Müəllif ölkəmizin zəngin mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı məqamlara da toxunur. Vurğulayır ki, həyatının son illərini İtaliyada keçirən Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin (Qurban Səid) yaradıcılığı, yazdığı əsərlər xalqlarımızın yaxınlaşmasına töhfə verib.
Yazıda qeyd olunur ki, İtaliya xalqı Azərbaycanla bağlı daha çox məlumatlandırılmalıdır. Bu istiqamətdə Leviko Terme şəhərindəki Azərbaycan Tədqiqatları Mərkəzinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Avropada Azərbaycanla bağlı ilk belə mərkəz olan qurum bu ölkənin mədəniyyəti, tarixi, ümumiyyətlə Qafqaz və Xəzər bölgəsinin araşdırılması baxımından önəmli bir müəssisədir. Burada keçirilən tədbirlər Azərbaycan ilə daha yaxından tanış olmaq üçün yaxşı imkan yaradır.

 

DİGƏR Xəbərlər Arxiv