YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Elman Nəsirov Cəlilabad rayonu Şiləvəngə, Adnalı, Abışabad, Əliqasımlı, Bədirli və Babaxanlı kəndlərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov təbliğat-təşviqat kampaniyası çərçivəsində Şiləvəngə, Adnalı, Abışabad, Əliqasımlı, Bədirli və Babaxanlı kəndlərindən olan seçicilərlə görüşdü.

Elman Nəsirov görüşdə Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini, ona dinamizm, ceviklik və hücum taktikası əlavə etdiyini vurğuladı. O qeyd etdi ki, dövlət rəhbərinin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Bu birliyin daha da möhkəmlənməsinə hər birimiz öz töhfəmizi verməliyik.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.

 

 

 

DİGƏR Xəbərlər Arxiv