YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə seçiciləri Pərvin Kərimzadəni yenidən millət vəkili görmək istəyirlər

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Seçki dairəsinin ərazisində olan məhəllələrdə, Təbriz, Muxtar Hacıyev, və Eminbəyli küçələrində seçicilərin fəallığı ilə keçən görüşlərdə gündəmdə olan məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkəmizdə vətəndaşların rifah halı gündən-günə yaxşılaşır. Bu dəfə keçiriləcək parlament seçkiləri yeni islahatlar dövründə ölkəmizin inkişafının daha da sürətlənməsinə təkan verəcək.

Görüşdə seçicilərin hər biri YAP-ın namizədinin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətinin çox uğurlu olduğunu, seçicilərin etimadını layiqli şəkildə doğrultduğunu qeyd edib, birmənalı olaraq növbəti dəfə də Pərvin Kərimzadəyə səs verəcəklərini bildiriblər.

Seçicilərimin etimadını doğrultmağı, onların yanında olmağı özünə borc hesab edən Pərvin Kərimzadə səmimiyyətə və isti münasibətə görə seçicilərə təşəkkür edib, onları "Daha güclü Azərbaycan naminə" Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.