YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Elman Məmmədov seçicilərlə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Elman Məmmədov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəki şəhəri Yeni Çələbixan qəsəbəsində məskunlaşan seçicilərlə görüşüb.

Görüşdə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Elman Məmmədov Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilib, eyni zamanda, seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə namizədi Elman Camal oğlu Məmmədova səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv