YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov Çeyildağa seçicilərlə görüşdü

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüş Aydın Hüseynovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Növbəti görüş Çeyildağ qəsəbəsində keçirildi.

Deputatlığa namizəd Aydın Hüseynov seçicilər qarşısında çıxış edərək təmsil olunduğu partiyanın fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, xalqımızın arzu və istəyini uğurlu fəaliyyəti ilə doğruldan Yeni Azərbaycan Partiyası bu seçilərdə də seçicilərin yekdil səsini qazanmaq istəyindədir. Çünki müstəqilliyimiziin durmadan inkişafı və xalqımızın rifahının getdikcə yaxşılaşması partiyamızın qarşısına qoyduğu ən ümdə məsələlərdən biridir. Bu səbəbdən də "Daha güclü Azərbaycan naminə!" devizi ilə seçkilərə qatılmaqla seçicilərə belə müraciət edir: Azərbaycanın gələcəyinə səs ver!

Qeyd etdi ki, YAP iqtidar partiyası kimi uğurlu fəaliyyəti ilə seçilir. Belə ki, Azərbaycanın dünyanın ən islahatçı ölkələri sırasında layiqli yer tutması təmin edilib. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması əsas amalımız olub. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq birlikdə nüfuzunu daha da artırıb. Ümumiyyətlə, respublikamızın bütün sahələr üzrə inkişafı təmin olunub. Bununla yanaşı partiyamız Azərbaycanın durmadan inkişafına nail olmaq istəyindədir.

Qəsəbə sakinlərin son illər ölkəmizdə, o cümlədən Qaradağ rayonunda həyata keçirilən çoxsaylı tədbirləri yüksək qiymətləndirməklə fikir və təkliflərini də bildirdilər.