YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sadiq Qurbanov Siyəzən seçiciləri ilə növbəti görüşlər keçirib

54 saylı Şabran-Siyəzən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sadiq Qurbanov növbəti görüşlərini Siyəzənin  Zarat, Beşdam və Eynibulaq kəndlərinin seçiciləri ilə keçirib.

Kənd əhalisi ölkə başçısının gördüyü işlərdən danışaraq bildiriblər ki, əhalinin rifah halının daha da yaxşılaşdırılması yolunda atdığı addımlar xalqımızın ürəyincədir, siyəzənlilər cənab Prezidentin siyasətini dəstəkləyir.

Tədbirlər planına uyğun olaraq 24 yanvar tarixində rayonun Böyük Həmyə, Balaca Həmyə kəndi və Gilgilçay qəsəbə əhalisi ilə də görüş keçirilib. Görüşdə kəndin nüfuzlu şəxsləri, ziyalılar, kənd ağsaqqalları iştirak etmişdir. Deputatlığa namizəd Sadiq Qurbanov Gilgilçay qəsəbəsində şəhid ailəsini də ziyarət etmişdir.