YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YARAT” xeyriyyə məqsədi ilə satış-sərgi keçirəcək

Dekabrın 10-da İçərişəhərdə yerləşən “Art Garden” restoranının sərgi salonunda “YARAT” Müasir İncəsənət Məkanı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən artıq iki ildir ki, davamlı olaraq həyata keçirilən və aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlmiş “BacarArt” layihəsi çərçivəsində geniş miqyasda xeyriyyə satış-sərgisi keçiriləcək.
YARAT” Müasir İncəsənət Məkanından bildirilib ki, layihənin əsas məqsədi, əvvəl olduğu kimi indi də Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafına təkan verməkdir. 2014-cü ildə, layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak ediblər. Onların rəhbərlikləri altında “BacarArt”ın gənc iştirakçıları, kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəyiblər.
2014-cü ildə layihə artıq Azərbaycanın 11 regionunu əhatə edib: Bakının Şüvəlan qəsəbəsini, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdamı. Layihənin birinci mərhələsi çərçivəsində 50 istedadlı uşaq və yeniyetmə iki regional mərkəzdə - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ixtiyarında olan Saatlı və Göygöldə yığışmışlar. İş prosesinə komitənin 10 təlimatçısı nəzarət edib.
Layihənin ikinci mərhələsində, iştirakçılar, Şəkidəki “Marxal” kurort kompleksi ərazisində keçirilməsi qərara alınmış yay məktəbi çərçivəsində ünsiyyəti davam etdiriblər. 10 gün ərzində iştirakçılar Şəki Xan Sarayını, Gələrsən-Görərsən Qalasını (VIII-IX ə.), Cümə məscidini (XVIII ə.), Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı (e.ə. IV ə. – e. V ə.), Orta Zəyzitdəki qüllə və məbədi, həmçinin digər memarlıq abidələrini ziyarət ediblər.
Səfalı mənzərələr, şəhər təlaşından təcridolunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimal şəkildə aşkar etməyə kömək edib.
Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılıb, amma buna baxmayaraq, layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib.