YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun  Masallı rayonunun Xırmandalı  kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən M.Məmmədov parlament seçkilərində Milli Məclisin deputatı seçilərsə, görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağından danışıb. Millət vəkili olmağın şərəfli olduğunu qeyd edən M.Məmmədov seçicilərin etimadını qazanacağı təqdirdə insanların qayğıları ilə yaşayıb onların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirəcəyini bildirib: “Bu səbəbdən də çalışacam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi öyrənim, problemlərinizin sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərim”.
O, Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verərək qeyd edib ki, partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.
M.Məmmədov seçiciləri 9 fevral seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.