YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Elşad Mirbəşiroğlu Göygöl rayonunun Qızılca, Qırıxlı Balçılı kənd seçiciləri ilə görüş keçirib

9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  Elşad Mirbəşiroğlu  Göygöl rayonunun Qızılca, Qırıxlı Balçılı kənd seçiciləri  ilə görüş keçirib.

Görüşü  giriş  sözü ilə YAP Göygöl  rayon təşkilatının sədri Turani Əliyev açaraq qeyd etmişdir ki, ölkəmizdə Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır, bütün bunlara görə Möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk.

Milli Məclis deputatlığına namizəd Elşad Mirbəşir oğlu  əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.

Tədbirdə  Adil  Qarayev    çıxış edərək bildirmişlər ki, 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verməklə partiyamıza, dövlətimizə, dövlətimizin uğurlu siyasətinə və nəhayət Heydər Əliyev ideyalarına səs vermiş olacağıq.

DİGƏR Xəbərlər Arxiv