YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Mövcud status-kvo qəbuledilməzdir

«ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər səviyyələrdə verilmiş bəyanatlarda daim vurğulanıb ki, mövcud status-kvo qəbuledilməzdir». Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. 

H.Hacıyev bildirib ki, mövcud status-kvo Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Onun sözlərinə görə, status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.

«Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi. Azərbaycan Böyük sülh sazişinin üzərində işləməyə hazırdır. Bu barədə Ermənistan da öz mövqeyini ortaya qoymalıdır»-deyə, H.Haciyev vurğulayıb.