YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə YAP-ın namizədləri dəstəklənir

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərlə Seçki Qərargahının üzvlərinin görüşü keçirilib. Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, millət vəkili İqbal Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov açaraq qeyd edib ki, dövlətimiz bələdiyyələrin fəaliyyətləri üçün tam normal şərait yaratmış və qayğı ilə əhatə olunublar. 

Sonra millət vəkilləri Hadı Rəcəbli, İqbal Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bələdiyyə seçkilərinin uğurla başa çatması üçün seçicilərin fəallığının yüksək olması amilindən danışıblar. Bildirilib ki, ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasətin davamlı olması üçün seçkilərdə  Yeni Azərbaycan Partiyasının namizədləri  dəstəklənməli, bu partiyanın ətrafında sıx birləşməli və partiya namizədlərinə səs verməliyik.