YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir

111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Kamilə xanım Əliyeva Zaqatala rayonunda bir neçə kənddə seçicilərlə görüşüb. Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında Zaqatala rayonun  Uzuntala, Balakən rayonun Ititala kəndlərinin sakinləri ilə genişmiqyaslı görüş keçirib. Günün ikinci yarısı isə onun Zaqatala rayonun III Tala sakinləri ilə fərdi görüşlər təşkil olunub. Görüşdə Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, digər səlahiyyətli nümayəndələr iştirak etmişdir. Kamilə Əliyeva, Habil Qurbanov geniş məzmunlu çıxış edərək Kamilə xanımın bundan əvvəlki iki çağırış millət vəkili kimi gördüyü işlərdən, fəaliyyətindən bəhs edərək sakinləri seçkilərdə aktiv iştirak etməyə, layiqli namizədə səs verməyə səslədilər. Namizəd Kamilə Əliyeva  çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siytasətindən söz açmışdır. Sonra görüş diskussiya şəklində davam etdirilmişdir. Sakinlər tərəfindən səsləndirilən təklif və problemlər dinlənilərək qeydə alınmışdır.

Görüşlərdə yuxarıda sadalanan kəndlərin seçiciləri, ağsaqqallar, ağbirçəklər, gənclər olmaqla, ümumilikdə 200-ə yaxın insan iştirak etmişdir. Kamilə xanım bu görüşdə insanların ümumilikdə və fərdi şəkildə etdiyi müraciətlərə diqqətlə qulaq asaraq aidiyyatı üzrə baxılması üçün qeydlərini götürmüşdür.

Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladılar.