YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası böyük xalq dəstəyinə güvənir

91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Ramil Həsənin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qazıqumlaq və Məlikballı kəndlərində görüşlər keçirilib.

Görüşdən əvvəl Ramil Həsən Qazıqumlaq kəndinin mərkəzində Qazıqumlaq və Məlikballı kənd şəhidlərinin xatirəsinə yaradılmış şəhidlər kompleksini və ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, önünə çiçək dəstələri düzüb.

Qazıqumlaq kənd Mədəniyyət evində kənd sakinlərinin iştirakı ilə keçirilən görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə böyük praqramla getdiyini diqqətə çatdırıb, bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Ş.Abdullayeva çıxışında bütün seçiciləri Ramil Həsənə səs verməyə çağırıb.

Seçicilər qarşısındakı çıxışında Azərbaycanda əldə edilən nailiyyətlərdən, sürətli inkişaf yolundan, habelə regionların dinamik şəkildə dəyişən və gözəlləşən simasından danışan namizədliyi 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Ramil Həsən qeyd edib ki, YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə dinamik inkişafa nail olunub. R.Həsən vurğulayıb ki, demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir: «İldən-ilə təkmilləşən seçki qanunvericiliyi Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir. Xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. Buna görə də əminəm ki, YAP-ın namizədləri bu seçkilərdə də əzəmətli qələbə qazanacaqlar.» Çıxışının sonunda R.Həsən seçiciləri seçki günü faəl olmağa çağırıb.

Qazıqumlaq kənd ağsaqqalı Elxan Eminov, Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbinin direktoru Rəhim Rəhimov, məktəbin müəllimi Afət Əzimova, Məlikballı tam orta məktəbinin müəllimi Şükufə Zülfüqarova, Qazıqumlaq kənd xəstəxanasının işçisi Sona Rüstəmova, Qazıqumlaq kənd sakini Seymur Məhərəmov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.

Daha sonra Ramil Həsən Məlikballı kəndində şəhid Nəsimi Rüstəmovun anası Nədimə Rüstəmova ilə, şəhid Cəsarət Məmmədovun qardaşı Alcan Məmmədovla, şəhid Cavid Hacıyevin anası Gülsarə Hacıyeva ilə, Qazıqumlaq kəndində şəhid Bəxtiyar Hacıyevin anası Tamara Hacıyeva ilə, şəhid Süleyman Abdullayevin atası Murad Abdullayevlə, şəhid Müzəffər Mehdiyevin anası Əsmayə Mehdiyeva ilə, şəhid Şöhrət Qasımovun həyat yoldaşı Almaz Qasımova ilə, şəhid Əlibaba Musayevin atası Rəhim Musayevlə, şəhid Teymur Məlikəliyevin atası Vahid Məlikəliyevlə, şəhid Elşən Mahmudovun valideyinləri Muxtar və Lətifə Mahmudovla evlərində görüşüb.