YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat – təşviqat kampaniyası çərçivəsində 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə bir neçə şəhid ailəsini evlərində ziyarət edib.

1992-ci ildə Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısı alarkən şəhid olan Bəhlul Allahmanovun, Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olan Faiq Mürsəlovun, Aprel şəhidi, Kapitan İnqilab Quliyevin ailə üzvləri ilə görüşən Pərvin Kərimzadə bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır.

”Şəhidlik ucalığına yüksələnlərin şərəfli ömür yolu hər kəs üçün örnəkdir. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, cəmiyyətin, ailənin gücü ilə diktə olunan keyfiyyətdir” – söyləyən Pərvin Kərimzadə bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq – Vətən uğrunda canlarını qurban veriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, Pərvin Kərimzadəyə qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar.